Vilnüs Zirvə toplantısında prezident Ərdoğan İsveçin NATO-ya üzv olması ilə bağlı mövqeyini ortaya qoydu.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri, səfir Akif Çağatay Kılıç NTV-nin canlı yayımında qonaq olarkən bildirib.

İsveçin NATO-ya üzvlük prosesinin müsbət olub-olmaması ilə bağlı sualı cavablandıran Kılıç deyib: "Vilnüs Zirvə toplantısında prezident Ərdoğan hökumət olaraq mövqeyini ortaya qoydu. Bu mənada bu mövqe üzərində işlər davam edir".