Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 6-nın bu il yanvarın 1-nə uzunmüddətli öhdəlikləri illik müqayisədə az olub.

Bunlar “PAŞA Həyat Sığorta”, “Xalq Sığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.

Ən çox azalma “İpək Yolu Sığorta”da (75,8%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (13,6%) qeydə alınıb.

Qalan 12 sığorta şirkətinin isə uzunmüddətli öhdəlikləri artıb. Ən yüksək dinamika “Xalq Həyat Sığorta”da (3,7 dəfə), ən aşağı dinamika isə “Qala Həyat Sığorta”da (3,2%) qeydə alınıb.