“Evdə müalicəsi tövsiyə olunan və özünütəcrid rejimində olan şəxslərin SMS icazə sistemindən istifadəsi mümkün olmayacaq”.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.