Sabahdan Göyçay Rayon Mərkəzi Xəstəxanası COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

İqtisadiyyat.az bildirir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. 

Onun sözlərinə görə, Göyçay Rayon Mərkəzi Xəstəxanası pandemiyaya yoluxanlara ayrılıb.

Qurum rəsmisi hansı xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılacağı ilə bağlı suala belə cavab verib:

“Yoluxmalarla bağlı ehtiyac yaranarsa, mərhələli şəkildə pandemiya ilə mübarizəyə bağlanan xəstəxanalar olarsa, ictimaiyyətə məlumat veriləcək”