Ticarət sessiyası zamanı Yaponiyanın valyutası olan yenin məzənnəsi 1990-cı ildən bəri ən aşağı səviyyəyə enib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tokiodakı valyuta ticarətinin məlumatında deyilir.
Məlumata görə, dollar 1990-cı ildən bəri ən yüksək səviyyədə möhkəmlənərək 151,97 yenaya çatıb
Əvvəlki ticarət sessiyasının bağlanışında dolların məzənnəsi 151,56 yen olub.
Gözəl Həşimova