Yaponiya hökumətində iki parlament nazir müavini hakim Liberal Demokrat Partiyasında (LDP) maliyyə hesabatları qalmaqalı fonunda istefa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, söhbət ölkənin parlamentdəki inzibati işlər və kommunikasiyalar nazirinin müavini Takuo Komori və parlamentin turizm nazirinin müavini Ryuşo Katodan gedir.

Xatırladaq ki, qalmaqal ötən ilin sonunda LDP-dəki deputat qrupları öz üzvlərinə ödənişli toplantılara bilet sataraq vəsait toplamaq üçün standartlar müəyyən etdikdən sonra başlayıb.

 

Əli Ağayev