Çexiyada 90 gün ərzində iqtisadiyyatın fasiləsiz fəaliyyətini təmin edəcək neft ehtiyatı qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çexiya Dövlət Ehtiyatları Departamentinin rəhbəri Pavel Şvaqr bildirib.

Onun sözlərinə görə, Praqa təcili yanacaq ehtiyatlarının tələb olunan miqdarı ilə bağlı Avropa İttifaqının müvafiq tələbini yerinə yetirib:

"Cari il ərzində fövqəladə ehtiyatların (neftin) alınmasına təxminən 95 milyon dollar xərcləmişik. Biz neft anbarlarının tutumunu doldurmuşuq. Hazırda ölkənin 90 günlük neft ehtiyatı var”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan Çexiyaya 1 milyon ton neft ixrac edilib.

 

Gözəl Həşimova