Çexiyada may ayından etibarən yanacaqdoldurma məntəqələrində dizelin 1 litrinin qiyməti 30% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə 2005-ci ildən ölkənin yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti ilə bağlı gündəlik məlumat toplayan "CCS" şirkəti məlumat yayıb.

Məlumata görə, ölkədə benzinin qiyməti təxminən 12% artıb. Hazırda Çexiyada 1 litr dizel yanacağının qiyməti 1,59 avro, benzinin 1 litrinin qiyməti isə 1,64 avro təşkil edir.

Mütəxəssislər dünya bazarında neftin bahalaşması ilə əlaqədar qiymətlərin daha da artacağını istisna etmirlər.

 

Gözəl Həşimova