Argentina hökuməti dövlət sektorunda çalışan işçilərin sayını daha 50 min nəfər azaldacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Xavyer Miley Latın Amerikası İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Bütün dövlət strukturları iki dəfə ixtisar edilib. Ümumilikdə 75 min nəfəri ixtisar edəcəyik, 25 mini isə artıq azad edilib.

Həyata keçirdiyim islahatlar əhalinin həssas təbəqələrinə və orta təbəqəyə təsir edib. Biz bilirdik ki, planımız sosial gərginliyə səbəb olacaq və iqtisadi aktivliyin azalmasına gətirib çıxaracaq. Lakin görülən tədbirlər vətəndaşların narazılığının qarşısını almağa kömək edəcək”, - deyə o qeyd edib.

 

Gözəl Həşimova