Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü saxlayıb.

İqtisadiyyat.az Pakistan mətbuatına istinadən xəbər verir ki, dəstə üzvləri kəndlərdə yaşayan yoxsulları iş veriləcəyi ilə bağlı vədlər verərək aldadıb.

Məlumata görə, dəstə üzvləri əvvəlcə kəndliləri işləmək vədi ilə İslamabada gətirib.  Daha sonra burada kəndlilər məcburi tibbi müayinədən keçirilib və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılıb.

Bildirilib ki, dəstə üzvləri bu böyrəkləri zəngin insanlara satıb.

Xatırladaq ki, oktyabrın 3-də Lahorda 328 nəfərin böyrəyini satan dəstə üzvləri də yaxalanıb.

 

Gözəl Həşimova