Öz təqvimindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya bu gün 2016-cı ilə girəcək.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Hər il 11 və ya 12 sentyabrda yeni ili qarşılayan 120 milyon əhalisi olan ölkə bu gün 2016-cı ilə qədəm qoyur. Bu gün ölkədəki bütün rəsmi qurumlarda Yeni il bayramı qeyd olunacaq.

Əlavə edək ki, Miladi təqvimindən təxminən 7 il 8 ay geri qalan və Günəşə əsaslanan Efiopiya təqvimi dini təqvimdir və Efiopiya Respublikası tərəfindən bütün rəsmi işlərdə istifadə olunur.

 

Gözəl Həşimova