Yeni Zelandiya hakimiyyəti ölkənin bərpa olunan enerjiyə keçidinin maliyyələşdirilməsinə 1,2 milyard dollar yönəldəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kris Hipkins bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Amerikanın “BlackRock” investisiya şirkəti ilə müqavilə bağlanacaq: "Bərpa olunan enerji mənbələrinə tam keçidi təmin etmək üçün xüsusi fond yaradılacaq. Yeni Zelandiya hökuməti dünyanın ən böyük sərmayədarlarından biri ilə iqlim infrastrukturunda əməkdaşlıq edəcək".

 

Gözəl Həşimova