Yeni Zelandiya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini müvəqqəti olaraq dayandırdığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bildirib.

Onun sözlərinə görə, Yeni Zelandiya təşkilatdan razı qalmayana qədər əlavə ödəniş etməyəcək: "UNRWA əməkdaşlarına qarşı iddialar inanılmaz dərəcədə ciddidir və onların düzgün şəkildə araşdırılması vacibdir. Yeni Zelandiya xarici işlər naziri əks göstəriş verənə qədər biz quruma töhfə verməyəcəyik".

 

Gözəl Həşimova