Polşa Avropada ən güclü quru qoşunlarını yaratmaq üçün ordusunu yenidən silahlandırmağa başlayıb.

Bu barədə İqtisadiyyat.az “Daily Express”ə istinadən xəbər verir.

Məlumata görə, ölkə minlərlə əsgəri yenidən silahlandırmağa və işə cəlb etməyə başlayıb. Bildirilib ki, Polşa Rusiya ilə mümkün hərbi münaqişəni nəzərdən keçirir və Avropanın ən güclü quru ordusunu yaratmaq niyyətindədir. Beləliklə, 2030-cu ilə qədər ölkə əsgərlərinin sayını 300 min nəfərə çatdırmağı planlaşdırır.

 

Gözəl Həşimova