Türkiyə bu yay fəslində də rus turistlərin bir nömrəli tətil nöqtəsi olub. Rusiya Tur Şirkətlər Birliyindən verilən açıqlamada, Rusiyada vətəndaşların tətil üçün yenə Türkiyəni seçdikləri bildirilib.

İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, açıqlamada 2019-cu ildə Türkiyəyə gələn rus turistlərin sayının 2018-ci ilə nisbətən 10-15% artdığı vurğulanıb. Rusiyanın turizm sektorunun səlahiyyətli nümayəndələri, iqlimi, sərfəli qiyməti və üstün xidməti ilə Türkiyənin rəqiblərindən daha cəlbedici olduğunu açıqlayıblar.

Antalya Mədəniyət və Turizm İdarəsindən verilən məlumata görə, bu ilin ilk 5 ayında ötən ilə nisbətən 20% artımla 1 milyon 249 min 757 rus turist Antalyanı ziyarət edib. Səlahiyyətlilər bu ilin sonuna kimi 6 milyondan çox rus turistin Türkiyəni ziyarət etməsini gözləyirlər.