Başa çatmaqda olan 2022-ci ildə vəzifə borcunu yerinə yetirərkən həlak olan jurnalistlərin sayı çoxalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında bildirilir.

Vurğulanır ki, buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

"İlin əvvəlindən bugünədək dünyada 67 jurnalist və media işçisi dünyasını dəyişib ki, keçən il bu rəqəm 47 olub"- bəyanatda deyilir.

Ölən jurnalistlərin əksəriyyəti 12 nəfər Ukraynada həlak olub.