Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov cari il ərzində dövlət hesabına hüquqi yardım üzrə qısa hesabat açıqlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə səhifəsində bildirib.

Sədrin sözlərinə görə, 2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39.830 qərarın icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təmin edilib.

A.Bağırov qeyd edib ki, icrası təmin olunmuş qərarlar üzrə ümumilikdə 4.999.982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin olunub.