Azərbaycanda bu il doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 574 əkiz uşaq doğulub və onlardan 102-si üçəm, 4-ü isə dördəmdir.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2 574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub.