Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 8,7 mln. ton yük, 120,3 mln. sərnişin daşınıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 1,2% və 22,9% artım qeydə alınıb.

Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,6%, sərnişin dövriyyəsi isə 26,3% artıb.