Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 2022-ci ildə 68 faizdən çox artıb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 19-da Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda deyib.

“Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artmasında böyük potensial var” - deyə, nazir əlavə edib.