"Bu il Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bir araya gəlməsi planlaşdırılır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Moskvada keçirilən Üçtərəfli görüşün yekunlarına dair şərhində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün planlaşdırıldığı məsələsinə toxunan Lavrov, bu görüş barədə əlavə təfərrüatlar açıqlamayıb.