"Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən enerji gücü 200kVt-dək olan tikinti obyektlərinin elektrik enerjisinə qoşularkən icazə tələb olunmayacaq.

İqtisadiyyat.az Ölkə. Az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

"Elektroenergetika haqqında" qanuna təklif edilən dəyişiklik tələb olunan gücü 150 - 200 kVt arasında olan elektrik qurğularının istismarının sadələşdirilməsi, yəni icazə tələbinin aradan qaldırılması məqsədilə hazırlanıb. 

Bununla da tikinti obyektlərinin tələb olunan elektrik enerjisi gücü 200 kVt-dan yuxarı elektrik qurğularının istismarı zamanı elektrik şəbəkəsinə qoşulması üçün icazə alınması tələb olunmayacaq.

Onu da qeyd edək ki, mövcud qanunda isə elektrik enerji gücü 150 kVt-dək elektrik qurğularının istismarı zamanı icazə alınması tələb olunmurdu.

Qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasında müzakirə olunmasına barədə qərar verilib.