Ermənistan Respublkası 2024-cü ildə Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrlik edəcək.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qərar İttifaqın Sankt-Peterburqda keçirilən sonuncu sammitində qəbul edilib.

Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə uyğun olaraq, sədrlik rus əlifbası ilə rotasiya əsasında həyata keçirilir.

2023-cü ildə təşkilata Rusiya sədrlik etdi. 2024-cü il yanvarın 1-dən növbə Ermənistana çatıb.

Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Belarus daxildir.