İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Ali təhsil müəssisələrinə qəbul olunanlar bu gündən etibarən sentyabrın 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Bu gündən Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin yay semestrinin imtahan sessiyası keçiriləcək. Proses sentyabrın 8-dək davam edəcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla saat 10:00-dan 13:00-dək, magistratura səviyyəsi üzrə isə saat 14:00-dan 17:00-dək aparılacaq. Ümumilikdə yay semestrinin imtahan sessiyasında 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğan bu gün hökumətin iclasını keçirəcək. Toplantıda Vladimir Putinlə görüşün yekunları müzakirə olunacaq. Həmçinin iclasda Türkiyə daxilində vəziyyət və iqtisadi məsələlərə diqqət ayrılacaq. 

Ukraynanın Ali Radası bu gün Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsini müzakirə edəcək. 

Günəşdəki partlayışlarla əlaqədar bu gün planetdə maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin orta gücdə olacağı və saat 13:00-dan başlayaraq cəmi bir neçə saat davam edəcəyi bildirilir.