İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün ABŞ-nin məşhur rok qrupu olan "İmagine Dragons" Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert saat 19:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Bu gün sözügedən konsertlə əlaqədar metronun "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. 

Bu gün Bakıda daxili iməcilik keçirilməsi qərarlaşdırılıb. 

Bu gün saat 13:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Aksiya “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən filialında təşkil olunacaq. Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.

Şamaxıda başlanan Azərbaycan dili və Ədəbiyyatı Forumu bu gün Bakıda, "Gülüstan" sarayında öz işini davam etdirəcək. 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək. Layihə bu gün ikinci dəfə Mingəçevirdə, Kür sahilində reallaşacaq. Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil ediləcək yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə biləcək. Sonda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.

Bu gün həm İrəvanda, həm də dünyanın bir sıra şəhərlərində Qarabağdakı qondarma qurum üçün dəstək aksiyaları təşkil olunacaq. 

Bu gün futbol üzrə Azərbaycan çempionatında 5-ci turun daha iki oyunu keçiriləcək. "Qəbələ" öz meydanında "Zirə"ni qəbul edəcək, "Sumqayıt" isə doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. İlk oyun saat 18:00-da, digəri isə 20:30-da baş tutacaq.