İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərliyə bu gün hökm oxuna bilər.

“Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə bu dəfə Xızıda sahibkarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.  

Bu gün “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Quba rayonu, Xuçbala kəndində yerləşən 1.50 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 9 min manatdır. 

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Azərbaycan təmsilçilərindən “Sabah” saat 20:00-da "RFS" Riqa ilə, “Neftçi” saat 21:00-da "Jelezniçar"la, “Qəbələ” isə 21:00-da Kipr "Omonia"sı ilə üz-üzə gələcək.  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün federal məhkəməyə çağırılıb. Ona 4 maddə üzrə ittiham irəli sürülüb.

Stokholm Şəhər Polis İdarəsi bu gün İsveçin paytaxtında Qurani-Kərimin yenidən yandırılması aksiyasına icazə verib. 

Bakıda keçirilən Özbəkistan Mədəniyyət günləri davam edir. Bu gün Özbəkistan Dövlət Musiqili Teatrının yaradıcı heyəti Azərbaycan Dövlət Akademik Musiqili Teatrında azərbaycanlı dramaturq Məcid Şamxalovun əsəri əsasında hazırlanmış məşhur “Qayınana” tamaşasını təqdim edəcək.

Bu gün Infinix GT 10 Pro smartfonu təqdim olunacaq.