Azərbaycan-Ermənistan razılaşmasına əsasən əsir mübadiləsinə başlanılıb.

İqtisadiyyat.az ölkə.az-a istinadən xəbər verir ki, teleqram kanallarında əsirlərin dəyişdiriləcəyi Qazax-İcevan sərhədi yaxınlığından fotolar da paylaşılıb.

Ermənistanın xarici işlər naziri Mirzoyan bu gün hərbi əsirlərin mübadiləsinin aparılacağını təsdiqləyib. “Bizim Azərbaycan tərəfinin razılaşmalara əməl etməyəcəyini söyləməyə əsasımız yoxdur”, - deyə erməni diplomat qeyd edib.

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib ki, o, məhbusların qayıtmasını gözləyir.

Xatırladaq ki, Simonyan 2021-ci ildə "Mənim üçün məhbuslar yoxdur, onlar fərarilərdir" açıqlaması ilə gündəmə gəlmişdi. 

Həmin fotoları təqdim edirik: