Yaddaş itkisi hər yaşda və müxtəlif səbəblərdən baş verə bilər.

İqtisadiyyat.az xəbər verir ki, yaddaş itkisinə yaşlanma zamanı beyin hüceryələrinin məhv olması, beynin zədələnməsi, müxtəlif xəstəliklər ( alzheimer, parkinson, dağınıq skleroz, huntington və.s), dərmanlar, yuxusuzluq, alkoqol və narkotikdən istifadə, vitamin çatışmazlıqları və hormonal dəyişikliklər səbəb ola bilər.

Yaddaş itkisinin qarşısını almağa kömək edən qida və bitkilər mövcuddur.

Qaragilə: Bu giləmeyvələr beyni oksidləşdirici stressdən qorumağa kömək edən antioksidanlarla zəngindir. Ona görə də beyinlə işləyən və yaşlı insanlara tövsiyə edilir. Qaragilə insultdan sonra beyinin fəaliyyətinin bərpasına kömək edir.

Zerdeçal: Araşdırmalar göstərib ki, zerdeçalın tərkibindəki curcumin adlı maddə artrit və oynaq iltihabı kimi xəstəliklərə qarşı faydalı ola bilər. Bundan əlavə, curcuminin alzheimer, dəri xəstəlikləri və yüksək xolesterinə qarşı qoruyucu təsir göstərdiyi də sübut edilmişdir.

Brokoli: Brokolidə sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edən qlükozinolatlar adlanan birləşmələr var. Bu da yaddaş itkisinin qarşısını almaq üçün önəmli hesab edilir. Brokolinin tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.

Qoz: Tədqiqatlar göstərib ki, qoz əslində zehniniz üçün olduqca faydalı qidadır, eyni zamanda beyni iltihabdan qorumağa kömək edən və beyin funksiyasını dəstəkləyən qidaları özündə ehtiva edir. Beyin funksiyasının inkişafı, zehni elastiklik və daha yaxşı yaddaş üçün olduqca təsirlidir.

Tünd şokolad: Yüksək keyfiyyətli tünd şokoladda flavonoidlər var. Onların da idrak funksiyasını yaxşılaşdırdığı və beyni zədələrdən qoruduğu sübuta yetirilib.

Rosemary: Bu otda da yaddaş və idrak funksiyasını gücləndirməyə kömək edəcək birləşmələr mövcuddur.