Sabunçu rayonunda yerləşən, 13 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir.

İqtisadiyyat.az xəbər verir ki, Zabrat 1 qəsəbəsi, N.Zeynalova 22 ünvanında yerləşən binanın sakinləri sözügedən tikilinin bu günə qədər bir dəfə belə restavrasiya edilmədiyini bildiriblər. Buna görə də hər an binanın uçma təhlükəsi var.

Onlar qeyd ediblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, ortada bir nəticə yoxdur:

“Son zəlzələ zamanı binadan səs gəldi, qorxudan uşaqları götürüb qaçdıq. Heç kim maraqlanmır. Məcburiyyət qarşısında qalıb yaşayırıq, belə çox çətindir”.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yaşayış binasının qəzalı vəziyyəti ilə bağlı sakinlər tərəfindən fərdi qaydada şikayətlər daxil olsa da, Mənzil Kommunal Təssərrüfatı Birliyindən rəsmi müraciət edilməyib.

Buna görə də hər hansı tədbirin görülməsi mümkün olmayıb.

Ətraflı Baku TV-nin süjetində: