Bu ay Azərbaycanda 16 gün iş olmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün tətil olacaq.

20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

Bundan əlavə 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla bu ay ərzində ümumilikdə 16 gün iş olmayacaq.