Böyük Britaniya Kral Sikkəxanası nadir kolleksiya sikkələrinin hərracını elan edib. Lotların arasında ilkin təxmin edilən dəyəri 112 min ABŞ dolları (190,4 min manat – red.) olan “Kraliçanın heyvanları” adlı kiloqramlıq qızıl sikkə də var.

İqtisadiyyat.az xəbər verir ki, sikkəxanada numizmatlar tərəfindən qiymətləndirilən 300-dən çox sikkə hərraca çıxarılıb. Belə ki, “Kraliçanın heyvanları” sikkəsində kraliça II Elizabet real və mistik heyvanların, xüsusən də şir, qrif, öküz, şahin, əjdaha və təkbuynuzlu kimi heyvanların əhatəsində təsvir edilib.

Bu sikkələrin cəmi 16-sı zərb edilib, onlardan birinin dizaynı 1953-cü ilin iyununda Londonda keçirilən tacqoyma mərasiminə II Elizabetin marşrutu boyunca qoyulmuş 10 daş heykəldən ilhamlanaraq hazırlanıb.