"İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı Ənsar Allah hərəkatına (Husilər) təzyiq etməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığında bildirib.

"Mən bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın bu hücumların qarşısının alınmasında məsuliyyəti digər ölkələrlə bölüşməli olduğunu açıq şəkildə bildirdim", - Kemeron bildirib.