ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,69% artaraq 1 barelə görə 80,09 dollar təşkil edib.

İqtisadiyyat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,64 % artaraq 75,81 dollar olub.