Ötən həftə sonu Rio-de-Janeyroda yağan güclü yağış nəticəsində leysan 9 mindən çox insanı evsiz qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Braziliya Sosial İnkişaf Katibliyi öz saytında məlumat yayıb.

"Keçən həftəsonu yağan rekord yağışlardan sonra 9 mindən çox insan hələ də evlərinə qayıda bilmir. Yeddi yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib", - deyə departamentin açıqlamasında bildirilib.

Qeyd edək ki, Braziliyada təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib.

 

Əli Ağayev