İngiltərənin paytaxtı Londonda davam edən pis hava şəraiti səbəbindən Stansted hava limanında bütün uçuşlar dayandırılıb.

İqtisadiyyat.az bu barədə BBC-yə istinadən xəbər verir ki, qar, buzlanma və dumandan sonra Heathrow və Gatwick hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.

Ölkədə pis hava şəraiti səbəbindən qatarların hərəkəti gecikib və bəzi magistrallarda qəzalar baş verib.

Qeyd edək ki, Şotlandiya, London və İngiltərənin cənub-qərbində pish ava şəraiti bu səhərə qədər davam edəcəyi gözlənilir.