Böyük Britaniya iqtisadiyyatı bu ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,5% böyüyüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin məlumatında deyilir.
Beləliklə, ümumi daxili məhsulun (ÜDM) artım tempi birinci rübdəki 0,7%-dən aşağı düşüb.
İstehlak xərcləri 0,2%, biznes investisiyaları 0,6%, dövlət xərcləri isə 1,1% artıb.
İlkin hesablamalar 0,8% artım göstərsə də, ixrac 0,3% azalıb. Bu rəqəm altı rüb ardıcıl olaraq azalıb. Son rübdə idxal 7,7% yox, 6,3% artıb.
Aprel-iyun aylarında xidmətlər sektorunda 0,6% artım, istehsal və tikinti sektorlarında 0,3% azalma qeydə alınıb.
Sadiq Cavadov