Avropa İttifaqına (Aİ) 10 yeni dövlət qəbul edilə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ-nin Ali Nümayəndəsi Josep Borrell ittifaqın xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.

"Aİ genişlənməyə hazır olmalıdır. Yeni üzvlərin qəbulu prosesini sürətləndirmək məqsədilə vaxt məsələsi müzakirə edilməlidir", - o bildirib.

Borrelin sözlərinə görə, Aİ-yə yeni üzv ölkələrin siyahısında Ukrayna və Qərbi Balkan ölkələri yer almalıdır. O, Ukraynadakı münaqişənin Avropa İttifaqının genişlənməsi prosesinə doğru sürətləndiyini iddia edib.