Avropa İttifaqı (Aİ) qondarma Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Xerson və Zaporojye vilayətlərində, Krım və Sevastopolda keçirilən seçkiləri tanımır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell yazılı açıqlama verib. 

“Avropa İttifaqı nə qondarma “seçkilər”in keçirilməsi faktını, nə də onların nəticələrini tanımır və tanımayacaq. Rusiyanın siyasi rəhbərliyi və onların təşkilatçılığı ilə baş tutan bu qeyri-qanuni hərəkətlər nəticəsiz qalmayacaq. Onlar nəticələr ilə üzləşəcəklər”, - açıqlamada deyilir. 

Aİ iddia edir ki, qeyri-qanuni seçkilərin keçirilməsi bu ərazilərdəki qanunsuz hərbi nəzarəti qanuniləşdirmək məqsədi daşıyır.