“Bir neçə həftə ərzində Almaniya Nazirlər Kabineti Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin tədarükü ilə bağlı qərar qəbul edəcək. O, Kiyevi qərarın gecikdirilməsi ilə bağlı anlayışlı olmağa çağırıb.”

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius danışıb.

Pistorius qeyd edib ki, proses vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi üçün təxirə salınıb.

Qeyd edək ki, sentyabrın 11-də Almaniyanın xarici işlər naziri Annalena Barbok planlaşdırılmamış səfərlə Ukraynaya səfər edib. Daha sonra diplomat uzaqmənzilli “Taurus” raketlərinin tədarükü ilə bağlı qərara aydınlıq gətirib.