Bolqarıstanda parlament Ukraynanın Rusiyaya müqavimətini dəstəkləmək üçün bu ölkəyə edəcəyi silah yardımı paketini təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, göndəriləcək silahların siyahısı əvvəlcə parlamentdə milli təhlükəsizlik və müdafiə komissiyalarının qapalı iclasında müzakirə edilib.  

Qeyd edək ki, məxfilik şərtinə görə silah növləri açıqlanmasa da, Ukraynanın tələb etdiyi S-300 raketləri və MiQ təyyarələrini daxil etmədiyi açıqlanıb.

Məhəbbət Məmmədov