Alman avtomobil nəhəngi BMW İngiltərədəki müəssisələrində yeni nəsil elektrikli avtomobillərin istehsalına 600 milyon funt sterlinq sərmayə qoyacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMW tərəfindən açıqlama verilib. 

Açıqlamaya görə, şirkətin Oksforddakı Mini istehsal müəssisəsini modernləşdirmək və yeni nəsil elektrikli avtomobillərin istehsalına uyğunlaşdırmaq üçün 600 milyon funt sterlinq investisiya qoymağa qərar verdiyi bildirilib.

Açıqlamada, avtomobil şirkətinin 2026-cı ildə iki yeni elektrikli Mini modelinin istehsalına başlamasının planlaşdırıldığı qeyd edilib.

BBC bildirib ki, bu yeni sərmayə Britaniya hökuməti tərəfindən təxminən 75 milyon funt sterlinqlə dəstəklənə bilər.