Birləşmiş Millətlər Təşkilatı (BMT) "Rəfah" sərhəd qapısının bağlandığı mayın 7-dən bu yana Qəzzaya yardım axınının 67 faiz azaldığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Düjarrik səhiyyə və kommunal xidmətlərin bir-bir bağlandığını, hücumlar səbəbilə yerdəyişmələrin də resursların paylanmasına təsir etdiyini bildirib.

"Rəfah"da yalnız 1 xəstəxananın qismən xidmət göstərə bildiyini qeyd edən Dujarrik BMT və tərəfdaşlarının bütün şərtlərə baxmayaraq, əllərindən gələni etməyə çalışdıqlarını bildirib.

 

Gözəl Həşimova