Qəzzada insanlar Birləşmiş Millətlər Təşkilatının gətirdiyi undan hazırlanmış iki tikə çörək ilə yaşayırlar.

İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatında deyilir.

Məlumata görə, bölgədə yaşayan insanların əsas ehtiyacı isə içməli sudur. Hazırda BMT Qəzzada 1,7 milyon insana çörək verməyi hədəfləyən zavodları unla təmin edir.

 

Gözəl Həşimova