Qəzza zolağına humanitar yardım üçün təxminən 100 milyon dollar toplanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib.

Məlumata görə, BMT Qəzza zolağında fələstinlilərə humanitar yardım üçün lazım olan 294 milyon dolların üçdə birindən çoxunu artıq toplayıb. İdarədən bildirilib ki, təmiz içməli suyun olmaması, eləcə də təhlükəli mənbələrdən suyun istehlakı ciddi problem olaraq qalır.

 

Gözəl Həşimova