BMT-nin baş katibi Antonio Quterreş Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb və onunla Fələstin, Sudan və Ukraynadakı vəziyyəti müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-dən bildirilib.  

"Baş katib bu gün Vaşinqtondadır, o, dövlət katibi Antoni Blinkenlə görüşü tamamladı, onlar təbii olaraq Fələstin və İsrail ətrafında, həmçinin Yaxın Şərqdəki ümumi vəziyyəti müzakirə etdilər. Sudan və Ukrayna da müzakirə olunub", - deyə məlumatda qeyd edilib.