Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Ərzaq Proqramı (ÜƏP) çərçivəsində minlərlə insanın öldüyü Liviyaya ayrılmış ərzaq yardımının ilk partiyasını göndərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatdan bildirilib. 

"Yaxın günlərdə ÜƏP Liviyada 5 mindən çox ailəyə yardım göstərməyi planlaşdırır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vuraraq Aralıq dənizi sahillərində yerləşən şəhərlərdə dağıntılara səbəb olub. Bir çox yaşayış binaları, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. Minlərlə insanın həlak olduğu qeyd edilib.