Dünyada təxminən 783 milyon insan qida əldə etməkdə problem yaşayır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatında deyilir.

Məlumata görə, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıq astanasındadır. Müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir. Bildirilib ki, humanitar yardıma ehtiyac davam edir, lakin bu yadım üçün büdcə azalıb.

 

Gözəl Həşimova