ABŞ Dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfərə yollanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də bildirib.

"O, Səudiyyə Ərəbistanına səfəri zamanı liderlərlə görüşərək Qəzzaya humanitar yardımın təcili artırılması və davam etdirilməsi, regionda davamlı sülh və təhlükəsizliyin qurulması səylərini müzakirə edəcək", - o qeyd edib.