“Çin yaxşı idarəçiliyə xələl gətirə bilən və korrupsiyanı təşviq edə biləcək yırtıcı iqtisadi fəaliyyət və investisiyaların arxasındadır”. 

İqtisadiyyat.az “South China Morning Post”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken ABŞ səfirliyinin açılışı üçün Tonqaya səfəri zamanı deyib.

"Çin regionun işlərində iştirakını genişləndirdikcə, bizim tərəfimizdən onun davranışı problemli olur. Dünyanın hər yerindən eşitdiyim tək siqnal var ki, həm ABŞ, həm də Çin münasibətlərdə məsuliyyət daşımalıdır”. 

Blinkenin sözlərinə görə, son vaxtlar ABŞ ölkələr arasında münasibətlərə ən azı müəyyən qədər sabitlik gətirməyə çalışır. Bunun üçün ABŞ-ın maliyyə naziri Janet Yellen və iqlim üzrə elçi Con Kerri, eləcə də Ağ Evin digər nümayəndələri Pekinə səfər ediblər. Blinken bunu Çinlə dialoq axtarışının yalnız başlanğıcı adlandırıb.