ABŞ hakimiyyəti Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyir və həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

"Birləşmiş Ştatlar dünən Moskvada baş vermiş ölümcül terror aktını qətiyyətlə pisləyir. Biz həlak olanların ailələrinə və yaxınlarına və bu dəhşətli cinayət nəticəsində zərər çəkmiş hər kəsə dərin hüznlə başsağlığı veririk. Biz terrorizmin bütün formalarını pisləyir və Rusiya xalqı ilə həmrəyik", - deyə məlumatda bildirilir.